• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 17.09.2020 12:19

"Neftçi" Qalatasaray"la qarşılaşacaq

KepezTV Player

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Bakılılar Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaqlar. Bakı Olimpiya Stadionundakı görüş axşam saat 8-də start götürəcək. Rəqib dünən oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Məşqdən öncə isə komandanın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb.