• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 16.09.2020 20:17

İdmanın inkişafına 48-ci töhfə

KepezTV Player

Son illər əldə olunan nailiyyətlər sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun da başlıca səbəblərindən biri ölkədə idman infranstrukturunun yüksək səviyyədə qurulmasıdır.  Müxtəlif şəhər və rayonlarda 2000-ci ildən bu günədək tikilib istifadəyə verilən 47 Olimpiya İdman Kompleksi buna əyani sübutdur. Hazırda isə Goranboyda 48-ci Olimpiya İdman Kompleskinin inşasının son mərhələsi gedir. Daha ətraflı izləyək.

Goranboyda tikilməkdə olan idman kompleksində bir müddətdir inşaat işləri dayansa da yayın əvvəlindən qurğunun tikintisi bərpa edilib. Kompleks 2.8 hektar ərazini əhatə edir. Hazırda tikilinin fasad və dam örtüyündə son tamamlama işləri  həyata keçirilir, isitmə və soyutma sistemləri quraşdırılır. Müasir tələblər səviyyəsində inşa edlən və iki korpusdan ibarət olan idman qurğusunun ana bloku inzibati bina və idman zalları üçün nəzərdə tutulub. Birinci mərtəbədə 1100 nəfərlik top oyunları üçün universal zal, həmçinin üzgüçülük hovuzu və boks salonu yerləşəcək. İkinci mərtəbədə konfrans salonu, atletika və fitnes zalı, eləcə də şahmat otağı olacaq. Kompleksin b blokunda isə qonaqlar və idmançılar üçün 50 nəfərlik hotel fəaliyyət göstərəcək.

Kompleksdə əlil idmançı və tamaşaçılar üçün də bütün imkan yaradılacaq. Binaya daxil olmaqdan tutmuş məşq və seyr etmək tam əlçatan olacaq.

Bundan başqa idman kompleksində 200 nəfərlik avtomobil dayanacağı, yaşıllıq zolaqları və uşaq əyləncə guşəsi də yaradılacaq.

Modern üslubda inşa olunan Goranboy İdman Kompleksi digərlərindən dizaynına görə fərqlənir. Bunu fəza sistemli dam örtüyü və fasad örtüyündə görmək mümkündür.

Görkəminə görə özünəməxsusluğu ilə seçilən idman kompleksi beynəlxalq səvəiyyəli yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün böyük əhəmiyyətə malik olacaq. Bu amil yerli idmançıların da ürəyincədi.

Ümumilikdə 200-dən çox işçi qüvvənin çalışdığı qurğuda işlər sürətlə davam edir. İlin sonundək idman kompleksinin istifadəyə verilməsi planlaşdırılır.