• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 14.09.2020 16:04

Siqaretləri gizlədərək keçirmək istədilər

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "Mercedes Benz" və "Volvo FH 12" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4200 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.