• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 12.09.2020 20:46

Tovuz stadionu təmir olunur

KepezTV Player

Tovuz şəhər stadionunun təmiri davam edir. İşlərə ötən ilin avqustdan başlanılıb. Geridə qalan müddət ərzində arenada köklü dəyişikliklər olub.

Bu kadrlar sizi çaşdırmasın. Təxminən 1 il öncə Tovuz stadionundan lentə alınmış görüntülərdir. İnşaat-təmir işləri başlamamışdan öncə çəkilib və artıq tarixin yaddaşına köçməklə arxivə düşüb.

Stadion yerli Olimpiya İdman Kompleksi istifadəyə verilənə kimi rayonun ilk və tək idman obyekti olub. Sovetlər dövründə tikilib, müxtəlif illərdə rekonstruksiya olunaraq dəyişib və kardlarda nümayiş olunan formanı alıb. Arena müəyyən dövrlər üçün qənaətbəxş olsa da, hazırkı müasir tələblərə cavab verməyib. Elə bu məqam nəzərə alınaraq “Turan Tovuz” futbol klubunun ev oyunlarını keçirdiyi stadion istifadəyə verilməsinin 40-cı ilində təmirə bağlanıb. İşlər tam yekunlaşdıqdan sonra burada klubun nəzdində akademiya da fəaliyyətə başlayacaq.

Rayonun idman həyatında xüsusi rol oynayan stadionun ərazisində müxtəlif ölçülü 5 meydança salınıb. Tribunalar yenilənib, plastik oturacaqlar dəyişdirilib. İnzibati binalar, mehmanxana təmir olunub. Stadion bağlandığından ötən mövsüm ev oyunlarını neytral meydanda keçirməli olan “Turan Tovuz” inşaat işləri sona çatdıqdan sonra yenidən matçlarını doğma meydanda keçirə biləcək.