• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 07.09.2020 19:14

Vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

KepezTV Player

1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın öz xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə vətəndaşdan rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Səriyyə Tanverdiyevanın əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşdan müvafiq olaraq 2 iyun və 5 avqust tarixlərində xəstəxananın inzibati binasında ümumilikdə 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovun həmin vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində avqustda 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabrda işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Göstərilən faktlara görə cinayət işi başlanıb.İlkin sübutlara əsasən Katib Məmmədov şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Səriyyə Tanverdiyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.