• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 31.08.2020 19:02

“Ford” velosipedçini vuraraq öldürüb

KepezTV Player

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Ağsu rayon sakini 62 yaşlı Elbrus Behbudov "Ford" markalı yük maşını ilə Kürdəmir rayonu  istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə velosipedlə hərəkət edən Kürdəmir rayon Şahsevən kənd sakini 19 yaşlı Ramil Novruzovu vurub. Zərbənin təsirindən velosipedçi elə yerindəcə dünyasını dəyişib. Meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.