• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 28.08.2020 19:30

Dilənçiliklə məşğul olan şəxslər saxlanılıb

KepezTV Player

Asan yolla pul qazanmaq şirindir və ya bu sadəcə həyat tərzidir, ənənədir və onu dəyişmək olmaz. Bunu bilmirəm, bilinən odur ki, polis onlarla mübarizə aparır.

Gəncədə dilənçiliklə məşğul olan şəxslər saxlanılıblar. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının  şəhər ərazisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dilənçiliklə məşğul 17 nəfər qadın və azyaşlı ərazi üzrə polis bölməsinə gətirilib. Onlar barəsində inzibati qaydada tədbir görülüb, yaşadıqları rayonlara göndəriliblər. Oxşar əməliyyat axtarış tədbirləri davam etdiriləcək.