• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 28.08.2020 19:12

Yük avtomobili traktorla toqquşubh

KepezTV Player

Bəli məsuliyyətsizlik hər zaman bu və ya digər şəkildə başa bəla gətirir. Dönülməz və dözülməz nəticələrin subyektinə çevrilməmək üçün diqqətli olmalıyıq. Növbəti xəbərlərimiz də insan diqqətsizliyinin və yüksək sürət həvəsinin səbəb olduğu arzuolanmaz hadisələr – qəzalar barədədir. Gün ərzində baş verən yol-nəqliyyat hadisələrində kimiləri həyatından, kimiləri isə sağlam canından oldu. İzləyək

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib. Bala Bəhmənli kəndində rayon sakinləri S.Xanalıyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə C.Behbudovun sürdüyü “T-40” markalı traktor toqquşub. Nəticədə S.Xanalıyevin sərnişinlərindən 35 yaşlı Cəsur Şahlarov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan Məmmədovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktor toqquşub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Olay Məhəmmədi qəsəbəsində qeydə alınıb. 39 yaşlı Şadlıq Mirzəyeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Paytaxtda xəsarətlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib. 33 yaşlı Anar Məmmədov idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.