Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.08.2020 12:09
Karantin rejimini pozan çayxana aşkarlanıb
KepezTV Player
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıblar. Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər - Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq şöbəyə gətirilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə ediliblər.
- Baxış: 1368
