• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 25.08.2020 12:42

Yük yerində keçməyə cəhd etdilər

KepezTV Player

Bakı sakini Əbdürrəhman Məmmədalıyev idarə etdiyi “Renault” markalı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Ramil Məlikov, Barat İbrahimov və  Lerik rayon sakini Rövşən Həmidovu paytaxta aparmaq istəyib. Həmin şəxslər Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan keçirmək istəyərkən DİN Baş DYPİ Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı, sərnişindaşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilib, baxılması üçün məhkəmə orqanlarına göndərilib.