• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 24.08.2020 20:00

Bir oyunda 7 qol vuran bombardir

KepezTV Player

Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdir. Bu göstəriciyə ilk dəfə Fazil Pərvərov imza atıb. “Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib.

Oynadığı dövrdə hücumçu keyfiyyətləri yüksək qiymətləndirilən Fazil Pərvərov həmişə diqqət mərkəzində olub. O, texnikası, zərbə vurmaq bacarığı sayəsində rəqib müdafiəçiləri və qapıçıları həyacanda saxlayıb. Çempionatın ən məhsuldar futbolçuları sırasında yer alıb, 23 qolla 1995-96-cı illər mövsümünün bombardiri kimi fərqlənib. Bir oyunda 7 qol vurmaqla yanaşı, 5 və 4 qola imza atdığı görüşlər də olub.

51 yaşlı futbol veteranı qollarını daha çox komandanın iştirak etdiyi mövsümlərdə vurub. Pərvərov “Neftçi”, “Qarabağ”, “Turan” və dövrün ən güclü komandalarına qarşı oyunlarda fərqlənib.

Son illərdə çempionatımızda məhsuldarlıq aşağı düşüb. Bombardirlilk yarışında rəqabət hiss olunmur və ən sərrast futbolçuların dəqiq zərbə sayı 16-nı keçmir.

Azərbaycan çempionatının və kubokunun qalibi olan Fazil Pərvərov karyerası ərzində “Kəpəz”dən başqa “Xəzri”, “Viləş”, “Şəmkir” və “Gilan”ın da şərəfini qoruyub. 36 yaşında oyunçu futbolla vidalaşıb.