Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.08.2020 12:02
Qonşusunu armaturla yaraladı
KepezTV Player
Göygöldə insident yaşanıb. Rayon sakini, 40 yaşlı Natiq Niftəliyevlə qonşusu 20 yaşlı Nazim Abbaslı arasında uşaqlarına görə mübahisə yaranıb. Bu zaman Abbaslı armatur parçası ilə N.Niftəliyevin qarın nahiyəsinə xəsarət yetirib.Yaralı öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 816
