• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 22.08.2020 12:37

Narkotikə görə saxlanılan var

KepezTV Player

Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib.  Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu deyib.Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.