• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 22.08.2020 12:42

"Sevilya" Avroliqanın qalibi oldu

KepezTV Player

UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulub.Turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i üz-üzə gəlib.Almaniyanın Köln şəhərində keçirilən matçda 3:2 hesablı qələbə qazanan La Liqa klubu titula sahib çıxıb.

Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Romelu Lukaku özünə qarşı qayda pozuntusuna görə təyin olunan penaltidən fərqlənərək "İnter"i önə keçirib. Oyunda hadisələr sürətlə cərəyan edib və "Sevilya"nın bu qola cavabı çox gecikməyib. Cəmi 7 dəqiqə sonra Lük de Yonq tarazlığı bərpa edib. Niderlandlı hücumçu 33-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu dəfə isə ispaniyalıların sevinci uzun çəkməyib. 2 dəqiqə sonra standart vəziyyət zamanı irəli atılan Dieqo Qodin hesabı bərabərləşdirib. Və ilk hissə heç-heçə ilə sona çatıb.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. Buna baxmayaraq, fasilədən sonra cəmi 1 qol vurulub. Dieqo Karlos 74-cü dəqiqədə görüşdə son nöqtəni qoyaraq "Sevilya"ya Avropa Liqasında 6-cı çempionluğu qazandırıb. Bununla da andalusiyalılar özlərinə məxsus rekordu yeniləyiblər.

Qeyd edək ki, "Sevilya" UEFA Avropa Liqasında mübarizəyə "Qarabağ"ın da yer aldığı A qrupunda başlamışdı.