• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 22.08.2020 12:33

Külli miqdarda narkotik aşkarladı

KepezTV Player

Dövlət Sərhəd Xidməti Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Dövlət Təhlükəsizlik Xidməti ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib. Sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb. Baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram olan heroin və metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülüb. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.