• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 21.08.2020 20:07

Konservlərin orqanizmə təsirləri

KepezTV Player

Meyvə və tərəvəzləri qışda da dadmaq istəyənlər onları ev şəraitində konservləşdirirlər. Baxmayaraq ki, bu məhsulları dükanlarda da rahatlıqla tapmaq mümkündür. Bir çoxları üçün ev şəraitində hazırlanan konservlər daha sərfəli, dadlıdır, digərləri üçün isə mağazalardan alınanlar daha təhlükəsizdir. Bəs haqlı olan tərəf kimdir? Ümumiyyətlə, belə məhsulların orqanizmimizə hansı təsirləri var? Əməkdaşımız Fidan Muradlı araşdırıb. İzləyək.

Müasir insanlar üçün vaxt ən dəyərli amilə çevrilib. İndi biz demək olar ki, həmişə tələsirik. Hətta qida qəbul edərkən də... Buna görə də son illər hazır qidalara, konservləşdirilmiş məhsullara maraq artıb.

Mütəxəssislər isə xəbərdarlıq edirlər - xüsusilə yay aylarında saxlanma şəraitindən əmin olmadığımız konservləşdirilmiş məhsullardan uzaq durmaq önəmlidir.

Belə qidalar dadı ilə zövqümüzü oxşayır, istifadəsi çox rahatdır və vaxta qənaət etməyə imkan verir. Bəs onların orqanizmimizə, sağlamlığımıza təsiri necədir?

Həkim konservləşdirilmiş qidaların qəbulu zamanı zəhərlənmə halları barədə də danışıb. Belə vəziyyətlə qarşılaşdıqda əməl edilməli qaydaları açıqlayıb.

Meyvə və tərəvəzləri mövsümündə tər halda yemək daha məsləhətlidir. Amma soyuq havalarda da onları dadmağın öz ləzzəti var. Müxtəlif çeşidləri olan bu məhsullar hər süfrənin bəzəyidir. Lakin heç birimiz səhhətimizdə problem yaranmasını istəmərik. Ona görə də maksimum dərəcədə diqqətli olmalıyıq.