• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 21.08.2020 20:08

Sonuncu qəbul imtahanı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Şəmkir rayonunda I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirib. Prosesdə Şəmkirlə yanaşı, Gədəbəy rayonundan olan abituriyentlər də iştirak ediblər. 3 binada keçirilən imtahanda 1721 abituriyent biliyini yoxlayıb. İmtahan zamanı sosial izolyasiya qaydalarına tam əməl olunub. Ara məsafəsi saxlanılmaqla şagirdlər müvafiq sənədlərini təqdim etdikdən sonra imtahan otaqlarına buraxılıblar. İştirakçılar və nəzarətçilər əlləri spirtləndikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən maska ilə təmin ediliblər. Prosesi 9 imtahan rəhbəri və 72 nəzarətçi müəllim izləyib. İştirakçılar onlara təqdim olunan sualları 3 saat ərzində cavablandırıblar. Məlumata görə, qəbul imtahanlarının nəticələri yaxın 10 gün ərzində bəlli olacaq. Test tapşırıqlarının düzgün cavabları isə artıq açıqlanıb.

Pəri Əlizadə - abituriyent: Mən Gədəbəy şəhərindən gəlmişəm. Birinci qrup üzrə imtahan verdim. Suallar yaxşı idi. Hər fəndən 30 sual idi, ondan da hər fəndən 10 dənə yaza bilmədim.

Yusif Yusifzadə - abituriyent: Gədəbəy rayonundan gəlmişəm. Birinci qrupa imtahan verirdim. Fizika, riyaziyyat kimya fənni idi, normal yazdım.

Həmzə Məmmədov - abituriyent: Birinci qrupa imtahan vermişəm, Zəhmət kənd orta məktəbini bitirmişəm. Suallar normal idi, sadəcə mən Almaniyyaya hazırlaşmışam orada qəbul olunmuşam. Bu imtahana da əlavə olaraq girdim. Əsasən riyaziyyatdan hazırlaşmışam, fizika, kimyadan o qədər də yaxşı deyiləm. Riyaziyyatdan 30 sualdan 23 sual yazdım, fizika, kimyanı dəqiq deyə bilmərəm.

Məhəmməd Adıgözəlov - imtahan rəhbəri: İmtahanda 90 nəfərdən 83 iştirak edir. İmtahan TƏBİB tərəfdən təyin olunan qaydalara uyğun keçirilir. Kimin maskası yoxdursa maska ilə təmin edilib, hərarətləri yoxlanılıb, hər şey yaxşıdır.