• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 21.08.2020 20:05

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

KepezTV Player

2020/2021-ci tədris ili üçün ali məktəblərin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin, o cümlədən subbakalavrlar qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat bu gün saat 23:59-da başa çatacaq. Abituriyentlər və subbakalavrlar DİM-in saytında qeydiyyatdan keçməlidirlər. Subbakalavrlar qabiliyyət imtahanı komissiyalarında qeydiyyatdan keçərkən aldıqları orta ixtisas təhsilinə uyğun ali təhsil üzrə ixtisasları seçə bilirlər. Hər bir abituriyent/subbakalavr ən çoxu 2 istiqamət üzrə 6 komissiyadan qeydiyyatdan keçə bilər. İmtahan nəticələri bəlli olmayan abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər. Bunun üçün əlavə qeydiyyat günləri elan ediləcək.