• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2415
— 21.08.2020 20:15

Peyvəndlə bağlı danışıqlar aparılır

KepezTV Player

Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Həkimlər koronavirusa qarşı səfərbər olunublar. Payız-qış mövsümünə ciddi hazırlıq görülür. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirilib.

ÜST-ün qənaətincə ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq.

Brifinqdə o da bildirilib ki, Azərbaycanda koronavirusdan ölüm sayı 1%-dən aşağıdır. Bu da karantin tədbirlərinin operativ şəkildə təqdim olunması ilə əlaqəlidir. Bununla yanaşı , Azərbaycan hazırda peyvənd istehsalı ilə məşğul olan şirkət və təşkilatlarla danışıqlar aparır.

Hazırda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır. Ümumilikdə 51 xəstəxana bu işə cəlb olunub. 90 nəfərə yaxın COVİD-19 xəstəliyindən sağalan şəxs koronavirus xəstələrinə qan vermək üçün müraciət edib. Həmin şəxslər yoxlanılıb və 79 nəfərin qan verməsinə icazə verilib. 231 plazma hazırlanıb və 179 xəstənin müalicəsinə istifadə olunub. İmmun plazmadan effekt alınan xəstələr çoxdur.

Brifinqdə koronavirusun əsas əlamətləri bir daha xatırladılıb.

Xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu müddət 20 gündür.