• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 21.08.2020 19:29

Tanışını qətlə yetirən azərbaycanlı tutulub

KepezTV Player

Gürcüstanın Bolnisi rayonunda qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı şəxs saxlanılıb. İstintaqla müəyyən olunub ki, gənc bu il iyunun 4-də Kəpənəkçi kəndində keçmişdə ədavəti olduğu 32 yaşlı tanışı ilə görüşüb. Tərəflər arasında baş verən qarşıdurma nəticəsində həmin şəxs odlu silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb. Qətli törədən hadisə yerindən qaçıb. Saxlanılan 27 yaşlı gəncin üzərinə keçirilən baxış zamanı odlu silah və 6 patron müsadirə edilib. Günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.