• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 19.08.2020 19:19

Atəş açaraq qonşularını hədələdi

KepezTV Player

"Ev alma, qonşu al" deyimini boş yerə söyləməyiblər. Elə yəqin ki, Şamaxı sakini olan ər arvad da indi bu sözlərin necə düzgün olduğunu düşünürlər. Belə ki,Rayon Polis Şöbəsinə Nağaraxana kəndi ərazisində E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb. Hədə-qorxu gıləın şəxs Cavadovun qonşusudur. Faktla bağlı araşdırmalar davam etdirilir.