• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2315
— 17.08.2020 20:05

İlk dəfə amarant ilə qarğıdalı əkilib

KepezTV Player

Bu il ilk dəfə olaraq təcrübə üçün Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda amarant bitkisi ilə yanaşı, qarğıdalı da əkilib. Əsasən yem bazası üçün nəzərdə tutulan bu bitkilər üzərində aparılan sınaq təcrübəsi də gözlənilən nəticələri verib. Kənd Təsərrüfatı Nazirliyinin işçiləri təcrübə sahəsində qiymətləndirilmə aparırlar.

İqlim dəyişikliyi heyvandarlığın inkişafına da ciddi əngəllər yaradır. Bu təsirdən yem təminatı da kənarda qalmır. Odur ki, son bir neçə ildə ölkəmizdə alternativ yem bazasının inkişafı üçün xüsusi addımlar atılır. Heyvandarlıqda qaba yemlə bərabər sulu, şirəli yemlər də önəm daşıyır. Elə bunun üçün də Respublikada ilk dəfə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda amarant bitkisi ilə qarğıdalı birlikdə əkilib.

Niyaz Abbasov - HETİ-nin mütəxəssisi: Amarant bitkisində yüksək yağın olması, qarğıdalı bitkisində isə sərbəst şəkərin olması iksi bir yerdə müştərək olması gözəl silosun alınmasıdır. Bu da heyvandarlığın yem bazasının təkmilləşdirilməsində eyni zamanda heyvanların say tərkibinin artırılmasında önəmli məhsullardan sayılır.

Qarğıdalı bitkisi 18 ha yaxın ərazidə əkilib. Bunun da 6 ha-da institutun elmi işçiləri təcrübə həyata keçirirlər. Hibrid sortlar 90 günə yetişir. Qarğıdalı biçildikdən sonra yerində payızlıq taxıl əkmək mümkündür. Bu da öz növbəsində əsərrüfatdan əlavə qazanc deməkdir.

Mahir Hacıyev - HETİ-nin direktoru: Heyvanlar üçün yemin təşkil olunması və yem rasionlarına əlavə olunmasıdır. Bizim inistitutun nəzdində 100 başlıq maldarlıq və 1000 başlıq qoyunçuluq kompleksi inşa olunmaqdadır. Buna görədə orada yem bazasının təşkil edilməsi üçün eləcədə qüvvəli yemlə təmin edilməsi üçün bu sahələrdə təcrübə məqsədi ilə qarğıdalı əkilmişdi.

Təcrübə üçün birlikdə əkilən amarant və qarğıdalı bitkisinə edilən düzgün qulluq, vaxtlı vaxtında gübrə və zərərvericilərə qarşı aparılan mübarizə yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Nicat Nəsirli - KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri: Bu mövsümdə 50 min ha çox qarğıdalı əkini həyata keçirilib. Bunun da təxminən 10 ha yaxını məhz Aqrar Elm və İnnavasiya mərkəzinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnistitutları eyni zamanda da yardımçı təsərrüfatların əkin sahələrində həyata keçirlib. Aktiv vegetasiya mövsümü olduğuna görə bir neçə gündən sonra qarğıdalı sahələrində biçin prosesinə başlanılacaqdı. Biz bu məqsədlə sahələrdə qiymətləndirilmə aparırıq. Müşahidlərimiz onu deməyə əsas veririk ki, mövsün yağıntılı keçdiyinə görə qarğıdalı sahələrində vegetativ inkişaf kifayət qədər əlverişli alınıb. Bir neçə gündən sonra silosluq məqsədi ilə bu sahələrdə biçin həyata keçirmək olar.

Gələcəkdə bu təcrübənin fermerlər üçün sahələrdə də tətbiqi nəzərdə tutulur.

Elnur Vahidoğlu