• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 15.08.2020 12:35

Həbs qətimkan tədbiri seçilib

KepezTV Player

Paytaxtın Səbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Eldar Həsənov DTX-nın yoxlamaları zamanı xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr əsasında aparılan istintaq çərçivəsində tutulub.