• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 14.08.2020 20:14

Bakıdan görünən Kreml

KepezTV Player

Bir ay öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törətdi. Atəşkəs rejimi pozuldu, dinc əhali hədəfə alındı, yaşayış evlərinə ciddi ziyan vuruldu. Bütün bunlardan sonra münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üç sədrindən biri - qonşu Rusiya yenə də işğalçı ölkəyə külli miqdarda silah-sursat ötürməklə məşğuldur. Azərbaycanın kəskin etirazına səbəb olan məsələ ali səviyyədə qarşı tərəfin diqqətinə çatdırıldı.

Cənubi Qafqaz regionunda mövcud destabil vəziyyət olmasaydı son günlər Ermənistana “Böyük qardaş” tərəfindən intensiv xarakter alan hərbi təyinatlı yüklərin daşınması bəlkə də narahatlıq doğurmazdı.Amma hər an böyük toqquşmanın alovlana biləcəyi bölgədə qüvvələr dizbalansının yaradılması, bunun işğalçı ölkəyə elə nizamla prosesinə cavabdeh olan ölkə tədəfindən edilməsi narahatlıq yaratmaqla ciddi suallar da doğurur. Hansı ki, prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının qayəsini məhz bu suallara cavab almaq təşkil edib. Azərbaycanın Rusiya qarşısında daha çox özünü narahat edən problemləri açıq şəkildə qaldırması, Rusiya hərbi yüklərinin Qazaxıstan, Türkmənistan və İran hava məkanlarından istifadə olunmaqla düşmən ölkəyə çatdırılması təbii ki, rəsmi Bakının həmçinin ünvanlı gileyi kimi də qəbul edilə bilər.Avqustun 4-ə olan sxemdən də göründüyü kimi, 400 tondan artıq olduğu deyilən hərbi təyinatlı yükləri daşıyan Rusiyaya məxsus İl-76 təyyarəsi Mineralnıye Vodi-Aktau-Türkmənbaşı-Nouşəhr-Rəşt-Megri-İrəvan marşurutu üzrə hərətək edərək təyinat məntəqəsinə çatıb. Burada Qazaxıstan, Türkmənistan və İran üçün yüklərin xarakteri və daha yaxın yol olan Gürcüstan üzərindən daşınmaması təəccüb doğurmaya bilməz. İyulun əvvəllərində Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni təxribatından dərhal sonra müşahidə edilən bu halın aydınlaşdırılması və Azərbaycan ictimaiyyətində yaratdığı haqlı narazılıq Rusiya lideri ilə telefon danışığında diqqət mərkəzində olub.

Burada diqqət çəkən məqam kimi Rusiya prezidenti ilə telefon danışığının Türkiyənin yüksək çinli hərbi nümayəndə heyətinin Bakıda olduğu vaxta təsadüf etməsidir. Bunu rəsmi Moskvaya dostluq və müttəfiqliyin necə olduğu barədə siqnal kimi dəyərləndirənlər iki qardaş dövlət arasında hərbi əməkdaşlığın real nəticələrinin Dağlıq Qarabağ məsələsində özünü əyani şəkildə göstərəcəyinə də işarə edirlər. Yəni Azərbaycan prezidentinin Kremlə son telefon zəngiNATO üzvü olan TürkiyəninBakının yanında olduğu, Azərbaycanın milli maraqlarından çıxış etdi kimi dəyər alır.

Bütün hallarda rəsmi Bakı bir tərəfdən ikitərəfli münasibətlərə əsaslanaraq Kremllə konstruktiv şəkildə dialoq aparır, digər tərəfdən Türkiyə ilə müttəfiqliyi ən son səviyyəyə qaldırır. Hesab edilir ki, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının regiona olan real təsiri müşahidə ediləcək və Qarabağ münaqişəsində situasiyanıdəyişdirəcək. Təbii ki, Azərbaycanın xeyrinə.