• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 12.08.2020 20:16

Payızlıq əkin üçün torpaq analizləri götürülür

KepezTV Player

İlin əvvəlindən indiyə kimi Göygöl Regional Aqrokimya Laboratosiyasına 100-dən artıq fermer müraciət edib. 5600 ha torpaq sahəsindən gətirilən 350 torpaq nümunəsi aqrokimyəvi analiz edilib. Fermerlərə torpağın hansı əkin növünə yararlı olduğu barədə ətraflı məlumatlar verilib. Hazırda laboratoriyada payızlıq əkinlər üçün gətirilən analizlər yoxlanılır.

Ağasəlim Mustafayev - Göygöl Regional Aqrokimya Laboratoriyasının direktoru: Payız mövsümü ilə əlaqədar olaraq bu gün laboratoriyamıza müraciətlərin sayı günügündən artır. Əkindən bir ay qabaq torpaqlardan nümunələr götürülməlidir.Torpağın tərkibi bilinməlidir, öyrənilməlidir və bundan sonra əkin səpin işi aparılmalıdır. Bölgələrdən də müraciət edənlərin sayı həqiqətən artır. İnsanların bu sahəyə marağı getgedə çoxalır.))

3 ildir fəaliyyət göstərən Göygöl Regional Aqrokimya laboratoriyası ətraf 6 rayonun fermerlərinə xidmət edir. Burada torpağın makro və mikro elementlərinin, torpaq mühitinin təyini aparılır, eləcə də qumun, gilin faizləri öyrənilir. Həmçinin laboratoriyada suvarma suyunun, bitki elementlərinin analizləri aparılır, torpaqda olan zərərvericilər təyin edilir. Torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi üçün laboratoriyada kartoqramlar hazırlanaraq fermerlərə pasportlar verilir. Hazırda laboratoriyanın elmi işçiləri xidmət etdikləri bölgənin payızlıq əkini üçün analizlər aparırlar.

Aynurə Bayramova - laboratoriyanın baş aqrokimyaçısı: Biz makro-mikro elementlərin təyinini edirik. Makrolar kalium, kalsium, natrium, maqnezium eləcədə mikrolar herium, sinki işləyirik. Hazırda o anlaizə hazırlıq görülür, yəni gələn torpaqlar döyülüb, ələnib hazırdır. Çəkib üzərinə amonimastat məhlulunu əlavə edib qoymuşuq çalxalanmağa. Yarım saat çalxalandıqdan sonra işimizə başlayırıq.

Göygöl Regional Aqrokimya Laboratoriyası qabaqcıl ölkələrdə istehsal olunan cihazlarla təmin edilib ki, bu da analizlərin dəqiq aparılmasına imkan verir. Laboratoriyada 3 şöbədə 17 əməkdaş çalışır.

Elnur Vahidoğlu