• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 12.08.2020 03:39

Prezident 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyi təsdiq etdi

KepezTV Player

Prezident İlham Əliyev “2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min məbləğində təsdiq edilib. Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər ümumən 7 milyard 190 milyon manat, Gəncə şəhəri üzrə 57 milyon 957 min manat məbləğində təsdiq edilib. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 1 milyon 48 min, yerli xərclər 34 milyon 477 min, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilən gəlirlərə aid edilən hissəsinin aşağı həddi 22 milyon 432 min manatdır.