• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 11.08.2020 20:11

Növbəti reyd keçirilib

KepezTV Player

Gəncədə Operativ Qərargahın tələb və tövsiyələrinə, karantin rejimi qaydalarına əməl olunması ilə bağlı vəziyyət daim nəzarətdədir. Şəhər Baş Polis İdarəsinin əməkdaşları mütamadi olaraq reydlər təşkil edirlər. Bu gün də analoji tədbir keçirilib.

Sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketinə əsasən, avqustun 10-dan bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzlərindən başqa, qeyri-ərzaq malları satılan mağazalar və əhaliyə məişət xidmətləri göstərən obyektlər açılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları belə fəaliyyət sahələrinə baş çəkərək mövcud vəziyyətlə maraqlanıblar. Yoxlamalar həm maarifləndirmə, həm də məsuliyyətə cəlb etmə istiqamətində aparılıb.

Polis əməkdaşları sakinlərlə söhbət zamanı karantin rejiminin qaydalarını xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar.

İctimai nəqliyyatda karantin rejimi qaydalarına riayət edilməsi ilə bağlı vəziyyət də nəzarətdədir. Reyd zamanı yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu sərnişinlərin diqqətinə çatdırılıb.

Gəncəyə giriş-çıxış da tam nəzarət olunur. Şəhərə icazəsiz şəkildə daxil olmaq və ya şəhəri tərk etmək istəyən avtomobillər postlardan geri qaytarılır.