• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2425
— 10.08.2020 20:08

2600-ə yaxın abituriyent imtahan verəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi avqustun 13 və 14-də ikinci və üçüncü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirəcək. Avqusdun 13-də Gəncədə baş tutuacaq imtahanda şəhərlə yanaşı, 5 ətraf regiondan olan, eləcə də bu bölgədə yaşayan məcburi köçkün abutiriyentlər də imtahan verəcəklər. Prosesdə ümumilikdə 2593 abutiriyentin iştirakı nəzərdə tutulub.

İmtahanlar Gəncədə 11 binada keçiriləcək. Prosesi 36 imtahan rəhbəri, 246 zal nəzarətçisi izləyəcək ki, onların da siyahısı artıq hazırdır. İmtahanlar saat 11-də başlayacaq və abituriyentlərə 3 saat vaxt veriləcək. Proses pandemiya qaydalarına uyğun keçiriləcək. Hər binada 250 nəfər imtahan verəcək. İştirakçılar binaya daxil olarkən onların hərarətləri yoxlanılacaq. Abituriyentlər tibbi maskada olacaqlar və tək-tək əyləşdiriləcəklər. İmtahan binaları isə iki gün əvvəl dezinfeksiya olunacaq. Abituriyentlər avqustun 7-dən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilirlər.

Nəsimi Məmmədov - DİM-in Gəncə regional bölməsinin müdiri: Şagirdlərə buraxılış vərəqəsindən əlavə sağlamlıq bəyannaməsi eləcədə abutiriyentlərin birini hansı ki, valideyn tərəfindən onları müşayət edəcək şəxsə icazə vərəqəsi də DİM rəsmi internet saytında yerləşdirilib. Qrup imtahanlarında abutiriyentlər ikinci qrup üzrə riyaziyyat, coğrafiya və tarix fənni üzrə, üçüncü qrup üzrə anadili, ədəbiyyat, tarix fənnləri üzrə iştirak edəcək. Hər fəndən 30 test tapşırığı təqdim olunacaq. Bu sualardan 22 qapalı tipli suallar 8-i isə açıq tipli olmaqla abutiriyentlərə əvvəlki illərdə olduğu kimi təqdim olunacaqdı.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

Nəsimi Məmmədov - DİM Gəncə regional bölməsinin müdiri: Nazirlər kabinetinin qərarına əsasən abutiriyentlərin nəticələri buraxılış imtahanların nəticələri 2 il qüvvədədir. Hansı abutiriyentlər ki, ötən il imtahn prosesində iştirak edib birinci mərhələdə nəticələri varsa hansı ki, birinci mərhələdə iştirak etmiyənlərdə növbəıti qrup imtahanlarında iştirak etmək hüququ veriləcəkdir.)) ((K/A)) DİM-in Gəncə regional bölməsində qrup imtahanları 2010-cu ildən keçirilir.

Elnur Vahidoğlu