• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3253
— 10.08.2020 19:26

Mağazadan oğurluq edildi

KepezTV Player

Gəncədə mağazalardan birində oğurluq faktı qeydə alınıb. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Ərzaq mağazasına müştəri qismində gələn təxminən 30 yaşlı şəxs mağaza sahibi Sulidin Əhmədliyə məxsus mobil telefonu oğurlayaraq aradan çıxıb. Baş verən hadisə mağazada quraşdırılan müşahidə kamerasına anban düşüb. Faktla bağlı araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı aparılır.