• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2540
— 04.08.2020 19:59

Klublar məşqləri gözləyir

KepezTV Player

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda açıq havada idman yarışlarının və oyunlar da daxil olmaqla bütün kütləvi idman tədbirlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb. Bu səbəbdən futbol üzrə Azərbaycan I Divizionunda komandaların təlim-məşq toplanışına başlaması mümkün olmayıb.

Bir müddət öncə Premyer Liqa klublarına məşq etmək üçün imkan yaradıldığından növbəti mərhələdə aşağı dəstə komandalarına da güzəşt ediləcəyi gözlənilirdi. Bu, daha çox Operativ Qərargahın idmanla bağlı fərqli qərar qəbul edəcəyindən asılı idi. Amma karantin vəziyyətində idmanla əlaqədar dəyişiklik olmadığından və məhdudiyyyətlər qüvvədə qaldığından məşqlərin startı növbəti dəfə təxirə salındı.

Ötən mövsümün yarımçıq dayandırılması və növbəti çempionatın startının gecikməsi azarkeşlərin də gözünü yolda qoyub. Futbolsuz qalan fanatlar tezliklə stadionlara gedəcəkləri günü arzulayırlar.

Komanda məşqlərə başlamasa da, “Kəpəz” rəhbərliyi meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışır. İlk olaraq baş məşqçi məsələsi həllini tapıb.

“Kəpəz” başa çatdırılmayan ötən mövsümü 6-cı yerdə başa vurub. “Sarı-göylər” 2 il öncə elitadan düşərək I Divizionda mübarizə aparırlar.