• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2667
— 04.08.2020 19:18

Maskadan istifadə etməyənlər cərimələniblər

KepezTV Player

Növbəti xəbərimiz qəzalar qədər təhlükəli olan koronavirus və ona qarşı görülən tədbirlər barədədir. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər. Mağazalarda bəzi satıcı və müştərilərin qaydalara əməl etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və maskalardan istifadənin zəruriliyi vurğulanıb. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilib.