• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 04.08.2020 12:13

Ehtiyatsızlıqdan ailə faciəsi yaşandı

KepezTV Player

Qazax rayonunda bədbəxt hadisə yaşanıb. Qaymaqlı kəndində Ayaz Osmanlı həyat yoldaşı, 47 yaşlı Maral Osmanlını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. 49 yaşlı kişi polis tərəfindən saxlanılıb. Qazax rayon prokurorluğunun məlumatına görə, hadisə ehtiyatsızlıqdan baş verib. İlkin araşdırmalarla müəyyən edilib ki, Ayaz Osmanlı təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağı tətiyə toxunub və açılan güllə qarşısında dayanan arvadı Maral Osmanlıya dəyib. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.