• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 03.08.2020 17:09

Yük maşınlarında dərman preparatları aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Mercedes-Benz" və "Mercedes-Actros " markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 40 ampul, 568 həb müxtəlif adda dərman preparatları, eləcə də 420 ədəd çay aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.