• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1981
— 03.08.2020 17:39

Minik və yük maşınları toqquşdu

KepezTV Player

Indi haqqında danışacağımız hadislər səbəbindən neçə-neçə insan malından, sağlamlığından və həyatından olur. Söhbət yol-nəqliyyat hadisələri və piyada vurma faktlarından gedir. Yenə də bəzilərinin qayadalara biganəliyi həm özləri, həm də başqaları üçün baha başa gəldi. İzləyək.

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "NAZ-Lifan" markalı avtomobilin aşması nəticəsində sürücü - 51 yaşlı Qədir Musayev dünyasını dəyişib. İlkin məlumata görə, Q. Musayev Qarabağ qazisidir.
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanan Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı-Qazax magistral yolunun Şəmkirin Əliyaqublu kəndindən keçən hissəsində də qəza baş verib. Hərəkətdə olan qoşqulu yük maşını ilə "Niva" markalı minik maşını toqquşub. Qəza zamanı "Niva"nın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya səbəb yağışlı hava olub.
Qazaxda baş verən yol nəqliyyat hadisəsi isə “Opel” markalı minik maşınının sürücüsünün idarəetməni itirməsi səbəbbindən baş verib. Rayonun Ürkməzli kəndində qeydə alınan qəza nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Bu zaman 23 yaşlı 3 nəfər - Natiq Allahverdiyev, Amil Osmanov və Təyyar Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Bakıda da xəsarətlə nəticələnən qəza qeydə alınıb. Paytaxtın Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində 61 yaşlı Rəna Balaşzadə xəsarət alıb.Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Nərimanov rayonunda isə "İveco" markalı iki sərnişin avtobusu toqquşub.Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Faktlarla bağlı araşdırma aparılır.