• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 31.07.2020 20:19

Pandemiyanın idmançılara psixoloji təsiri

KepezTV Player

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi idmana da acı təsirlərini göstərməkdə davam edir. Dünya idmanında 5 aya yaxın müddətdir ki, durğunluq hökm sürür. Və bu vəziyyət idmançıları geri salır. Məşqlərin və yarışların keçirilməməsi bir sıra problemlərlə yanaşı, psixoloji gərginlik də yaradır.

Ötən mövsüm “Kəpəz”in şərəfini qoruyan Qaraxan Əliyev kimi minlərlə belə düşünən idmançı var. Mart ayından bütün yarışlar dayandığından və mövcud vəziyyətə uyğun olaraq məşq etməyə də imkan olmadığından böyük əksəriyyət evdə oturmağa məcbur qalıb. Bu da, fiziki formanın itirilməsi ilə yanaşı, psixoloji də cəhətdən də idmançıya təsirsiz ötüşmür. Gününü zallarda, meydançalarda məşqlərdə və yarışlarda keçirənlər köklənməkdə çətinliklə üzləşir, psixi gərginliyə dözməyərək özlərinə qapanır, həvəs azalır və nəticədə idmandan uzaqlaşmaq istəyi yaranır.

Mövcud durumda tələb olunan ruhdan düşməmək, psixoloji cəhətdən hazırlıqlı olmaqdır. Çünki bu, idmançının nəticəsində mühüm rol oynamaqla uğurun əsas hissəsini təşkil edir.