• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 30.07.2020 20:10

İdman məktəbi yenidən qurulacaq

KepezTV Player

Gəncədə idman infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər sürətlənməkdədir. Hazırda şəhərdə inşası davam etdirilən idman sarayı ilə yanaşı, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin də yenidənqurulması işlərinə start verilib. İlk olaraq istismar dövrünü başa vuran köhnə məşq zalları, inzibati bina sökülür, ərazidə nəhəng tikinti meydançasının yaradılması üçün təmizləmə işləri həyata keçirilir. Qeyd edək ki, Gəncədə idmansevərlərin daha çox “sportşkola” kimi tanıdığı bazanın uzun illlər əsaslı şəkildə təmirə ehtiyacı olub. Yarıməsrlik yaşı olan idman məktəbində ayrı-ayrı vaxtlarda müəyyən bərpa işləri aparılsa da, köklü dəyişikliklər olmayıb. Burada sonuncu dəfə təmir işləri 2015-16-ci illərdə aparılıb. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə cüdo və ağırlıq qaldırma, daxili imkanlar hesabına isə boks zalı yenidən qurulub. Olimpiya çempionu Toğrul Əsgərovu yetişdirən məktəb Azərbaycan idmanına 10-larla dünya və Avropa çempionları, mükafatçıları bəxş edib.