• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 30.07.2020 19:44

Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirən şəxs saxlanıldı

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinə rayon sakini əvəllər məhkum olunan 37 yaşlı Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilən, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu açkar olunaraq götürülüb. Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.