• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 30.07.2020 19:25

Bakı-Qazax yolunda qadın meyiti tapılıb

KepezTV Player

Daha bir qadının taleyi, bəxti üzünə gülməyib. Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində meyit aşkar edilib. Araşdırmalarla həmin şəxsin Cəngən kənd sakini, 52 yaşlı Gülxar Qubadlı olduğu bilinib. Meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib və bununla da şəxsin qətlə yetirildiyinə əsaslı şübhələr təsdiqini tapıb. Faktla bağlı araşdırmalar davam etdirilir.