• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 30.07.2020 19:29

Yük maşını aşaraq yol kənarındakı meyvə köşkünü dağıdıb

KepezTV Player

İndi isə məsuliyyətsizlikləri ilə öz həyatlarına qəsd edənlərdən danışacıyıq. Yolunu qısaltmaq istəyənlər istədikləri ünvana çata bilməyiblər. Bəli, növbəti xəbərimiz yollardan gələn bəla - qəzalarla bağlıdır. Müxtəlif səbəblər yenə də eyni nətəcələrlə bitdi. Kimi canından, kimisi də sağlamlığından oldu. Təfərrüatlara baxaq...

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.Rayonunun Nohurqışlaq kəndi ərazisində Soltannuxa kənd sakini İman Eyvazov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakının Sabunçu rayonunda isə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində "KiA Optima" sürət həddini aşaraq "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 9 yaşlı Kamran Qədimli və 64 yaşlı Yaqub Ağayev xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Xəsarətlə nəticələnən daha bir yol qəzası Səbail rayonunun Badamdar qəsəbəsində qeydə alınıb. Nəticədə 45 yaşlı Eldar Həsənli xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Abşeronda da xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi yaşanıb. Qobu qəsəbəsində 35 yaşlı Firuz Şükürov avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətin əzilmiş yarası diaqnozu qoyulub.

Sabirabadda isə yük avtomobili aşıb. Rayonunun Qaratəpə kəndi ərazisində “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə yol kənarındakı meyvə köşkü dağılıb. Sürücü yüngül xəsarət alıb. Faktlarla bağlı araşdırma aparılır.