• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2262
— 29.07.2020 20:26

Səyyar ASAN işləri asanlaşdırıb

KepezTV Player

Səyyar Asan xidmət bu dəfə Gədəbəy rayonunda vətəndaşların xidmətindədir. Sakinlər işlərinin asan və tez həlli üçün xidmətlərdən yararlanır. Təbii ki karantin rejimin tələbləri nəzərə alınmaqla.

İki həftədən çoxdur dağ rayonunda vətəndaşların qəbulunu həyata keçirən ASAN Xidmət ölkədə tətbiq olunan karantin rejiminə uyğun formada xidmət aparır. Sakinlərin müraciəti zamanı sanitar-gigiyenik qaydalara, yəni ara məsafəsinin gözlənilməsi, tibbi vasitələrdən istifadəyə diqqət yetirilir. Vətəndaşlar Gədəbəydə 4 dövlət qurumunun təqdim etdiyi xidmətlərdən yararlanırlar. Bunlar Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət xidmətidir.

Mehrac Cabbarlı - Səyyar ASAN Xidmətin qrup rəhbəri: Bu dövlət xidmətləri ilə yanaşı Asan xidmət vasitəsilə funksional yardımçı xidmətlər də vətəndaşlara göstərilir ki, bunlar tibb xidmətidir. Hansı ki vətəndaşlar burada qan analizi, boy və göz analizi arayışlarını əldə edə bilərlər. Eyni zamanda dövlət rüsumlarının qəbulu məqsədilə poçt xidməti də avtobusda fəaliyyət göstərir.

Vətəndaşların əlavə xərclərinin qarşısının alınması, dövlət xidmətlərinin vətəndaşlara yeni və innovativ üsullarla təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil edilən xidmət çərçivəsində 1200-dən artıq Gədəbəy sakini avtobusda təqdim edilən xidmətlərdən yararlanıb. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Nürəddin Qasımov - Gədəbəy sakini: Notariusla bağlı gəlmişdim ki, işimi həll edim. Asan xidmətin olduğunu gördüm, müraciət elədim və asan xidmətdən bəhrələndim. Əvvəllər bu işdən ötrü Gəncəyə gedirdik, nə qədər pul sərf eliyirdik. Przidentimiz sağ olsun bizim üçün hər cür şərait yaradıb. Səyyar Asan xidmət xüsusi əhəmiyyətə malikdir. Çünki ondan daha yaxşı bəhrələnirik. Bu işdən ötrü gəldim və qısa vaxtda başa çatdırdılar. Razıyıq çox sağ olsunlar. İşçilər hamısı koronavirusla bağlı karantin rejiminə ciddi əməl edirlər.

Eldəniz İbrahimov - Gədəbəy sakini: Şəxsiyyət vəsiqəmin vaxtı keçmişdi. Gəncəyə getmək istəyirdim. Dedilər ki, asan xidmət bizim rayondadır. Sağ olsunlar gəldim, rüsumu keçirdim, şəxsiyyət vəsiqəmi aldım. Bu işi təşkil edənlərə təşəkkür edirəm, uzun ömür can sağlığı arzulayıram.

Asan xidmətin növbəti ünvanı Qazax olacaq və sentyabrın 1-dən 30-dək xidmət göstərəcək.