• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 29.07.2020 19:21

"Muxtar" ləqəbli azərbaycanlı Rusiyada saxlanıldı

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan kompleks tədbirlər nəticəsində, ölkə vətəndaşı Mehdi Şükürovun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsinə şübhələr yaranıb. Onun odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsi barədə məlumatlar toplanıb. Barəsində beynəlxalq axtarış elan edilən Mehdi Şükürov Rusiyada saxlanılaraq iyulun 28-də Azərbaycana ekstradisiya olunub. Hazırda cinayət işi üzrə araşdırma davam edir.