• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 29.07.2020 12:20

Gəncədə güclü külək fəsadlar törədib

KepezTV Player

Davam edirik, ötən gün ölkənin bir çox bölgəsində yay fəsli üçün xarakterik olmayan anomal hava şəraiti hökm sürüb. Və təssüf ki, təsirsiz də ötüşməyib.

Gəncədə dünən axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib. Şəhərin müxtəlif ərazilərində 8 iri gövdəli ağac aşıb. Aşan ağaclardan ikisi yaşayış binasının üzərinə düşüb, elektrik naqillərini qırıb. Bu səbəbdən bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fəsadların aradan qaldırılması isiqamətində işlər görülüb. Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstesalat Birliyinin Yaşıllaşdırma şöbəsinin texnikası və canlı qüvvəsi zərər görən ərazilərə cəlb olunub. 

Güclü külək və dolu səbəbindən Gədəbəydə ümumilikdə 7 evin dam örtüyü yararsız hala düşüb. Elektrik xətlərinə də ziyan dəyib və 47 yaşayış məntəqəsi işıqsız qalıb. Ancaq hazırda bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunub. Sel nəticəsində kəndarası yollara da qismən ziyan dəyib, bu problem də aradan qaldırılıb.

Şəmkirin Qaracəmilli kəndində əsən güclü külək isə qaz təsərrüfatına ziyan vurub. "Azəriqaz"dan verilən məlumata görə, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.