• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 27.07.2020 20:23

Yerli istehsal olan müasir işıq dirəkləri

KepezTV Player

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində 50 küçədə 2064 ədəd işıq dirəyi quraşdırılıb. Gecələr hərəkəti asanlaşdıran, şəhərin estetik görünüş verən dirəklər hazırda təmir işləri başa çatan ərazilərdə basdırılır.

Hazırda Gəncə şəhərində 1100-dən artıq küçə və prospektdən 250-də müasir gecə işıqlandırma dirəkləri mövcuddur. Burada əsas məqam istismar dövrü uzunmüddətli olan müasir LED işıqlandırıcılardan istifadə olunmasıdır.

Əvvəllər Gəncə şəhərinin küçə və prospektlərinə quraşdırılan işıq dirəkləri Türkiyə və Rusiyadan gətirilən işıq dirəkləri idi. Ancaq gördüyünüz bu işıq dirəkləri isə yerli istehsaldı. Yerli istehsal olan bu işıq dirəklərinin elektrik enerjisinə qənaət baxımından çox sərfəlidir.

Elektrik enerjisinə 50 faizə qədər edilən qənaət 28 km uzunluğunda əlavə 6 küçəni işıqlandırmağa imkan yaradır.

Vüsal Balayev - MKTİB-nin mətbuat katibi: İşıqlandırma əsasən Gəncənin küçə və prospektlərində aparılır ki, harda ki, kommunal infrasturukturun yenilənməsi işləri bitibdir. Gəncə-Göygöl yolununda da işıq dirəklərinin yenilənməsi və led işıqlarının quraşdırılması işləri də bitibdir. Bu işlər davam edir. İlin sonuna kimi Gəncənin 20 küçəsində işıq dirəklərinin yenilənməsi nəzərdə tutulub.

Gecə işıqlandırmasının olmaması avtomobillərlə yanaşı, piyadaların da təhlükəsiz hərəkətini təmin edir.

Turab Yüzbaşlı - sakin: Bu yoldan istifadə edirik, gedib gəlirik. Gecə işıqlanması yanır, çox razıyıq.

Adil Əsgərov - sakin: Gülüstan qəsəbəsində yaşıyıram, tez-tez bu yoldan istifadə edirəm. Şəhərimizin gecə işıqlandırılması çox gözəldi, çox razıyıq.

Pencalı Hüseynov - sakin: Gecələr mən yoldan tez-tez gedib gəlirəm. İşıqlar yanır, asfaltı da yaxşıdır.

Gecə işıqlandırmasında qənaəti təmin etmək üçün 76 paylayıcı şkaf, 76 tənzimləyici quraşdırılıb. Gəncədə yolların işıqlandırılması yay rejimində axşam 9-un yarısından səhər saat 6-ya kimi, qışda isə saat 18:30-dan səhər saat 7-ə kimi təmin edilir.

Elnur Vahidoğlu