• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2322
— 27.07.2020 20:10

Universitetlərarası əməkdaşlıq genişlənir

KepezTV Player

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə bəzi ölkələrdən olan ali məktəblərin iştirakı ilə onlayn konfrans keçirilib. Universitetin 50 illik yubileyi münasibətilə çoxtərəfli formatda hazırlanacaq əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlərin müzakirə edildiyi görüşdə bir sıra təklif və tövsiyyələr səsləndirilib, qarşılıqlı maraq doğuran məsələrdən danışılıb. İkili diplomların tanınması, tələbə-müəllim və təcrübə mübadiləsi kimi məqamlar imzalanacaq memorandumda öz əksini tapacaq. Azərbaycan Texnologiya Universitetinin professoru Fizuli Məmmədovun koordinatorluğu ilə keçən görüşdə 7 ölkədən 10-dan artıq universitet və istehsal müəssisələrinin rəhbərləri qatılıb. Videokonfransda xarici ölkələrdən olan nümayəndələr tərəfindən Azərbaycan-Ermənistan səhəddində baş verən erməni təxribatı və müxtəlif ölkələrdə ermənilər tərəfindən törədilən qarşıdurmalar pislənilib. Sonda iclas zamanı səsləndidirlən məsələlərin ümumiləşdirilməsi və növbəti onlayn görüş zamanı imzalanacaq sənəddə əksini tapması barədə razılığa gəlinib.