• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 27.07.2020 20:12

Şagirdlər “Qarabağ Azərbaycandır!" videokonfransında

KepezTV Player

Gəncədə “Qarabağ Azərbaycandır!" adlı videokonfrans formatında şagirdlərlə maarifləndirici görüş olub. İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Qərb Regional Nümayəndəliyi tərəfindən təşkil edilən videokonfransda məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə alması, Qarabağ haqqında bilgilərinin artırılması və son 1 ildə bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətində qazandığı uğurları iştirakçılara çatdırmaq olub. Görüşdə Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olması, ermənilərin həmin torpaqlara zaman-zaman köçürüldüyü, mənfur qonşularımızın davam edən işğalçılıq siyasətindən danışılıb. Respublikanın müxtəlif bölgələrindən 100-ə qədər şagirdin iştirak etdiyi videokonfransda qətiyyətli mövqe nümayiş etdirən ölkə prezidentinin Ermənistan baş nazirinə tarix dərsi keçməsinə xüsusi yer ayrılıb. Gedişatda şagirdlər münaqişə ilə əlaqədar, ermənilərin son təxribarı ilə bağlı fikirlərini ifadə edib, onların sualları cavablandırılıb.