• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 27.07.2020 19:12

Yol qəzaları həm can aldı, həm yarımcan etdi

KepezTV Player

Gün ərzində daha çox rast gəlinən hadisə isə yol qəzaları olub. Yol nəqliyyat hadisələrində ölən və yaralananlar var.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nizami rayonu ərazisində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən 45 yaşlı Nizami Səyyadovu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb. Nərimanov rayonunda da yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 30 yaşlı Xədicə Əliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı və baş nahiyəsinin əzikləri diaqnozları qoyulub. Paytaxtın Xətai rayonunda isə azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 6 yaşlı Cavid Qasımzadə yaşadığı evin yaxınlığında anasının diqqətindən yayınaraq avtomobil yoluna çıxıb və qarşıdan gələn avtomobil onu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Binəqədi rayonunda Biləcəri qəsəbə sakini, 25 yaşlı Elmin Osmanov yaşadığı evin yanında yolu keçərkən onu minik avtomobili vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Daha bir piyada vurma faktı Bakının Nərimanov rayonunda yaşanıb. Avtomobil yolu keçən 19 yaşlı Məhəmməd Aydayevi vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Kürdəmir rayonunda da avtomobil qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektindəki körpüdə qeydə alınıb. Sürücü, 31 yaşlı rayon sakini Kamran Səfərli “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bu zaman avtomobil körpünün ətrafındakı təhlükəsizlik hasarına çırpılıb və hasar yerindən qoparaq aşağı düşüb. Xoşbəxtlikdən sürücü təhlükədən son anda qurtulub və hadisə zamanı körpünün alt hissəsindən keçən olmayıb. Faktlarla bağlı araşdırma aparılır.