• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 27.07.2020 13:18

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Kəpəz rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Müəyyən edilib ki, şəhər sakini Arzu Bayramov evinin həyətində gizli şəkildə kafe yaradıb və karantin rejimi qaydalarını pozaraq fəaliyyət gsötərir. Dərhal obyektin faəliyyəti daytandırılıb. Kafe sahibi və onun müştəriləri barsəidnə toplanan materaillar yerli məhkəməyə təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Arzu Bayramov fərdi yaşayış evinin həyətində kafe yaradaraq müştərilərə yerində xidmət göstərmiş. Kafe sahibi və müştərilər aidyyatı üzrə Kəpəz rayon Polis İdarəsinə gətirilib. Həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülüb.

Arzu Bayramov - kafe sahibi: Kafe kimi fəaliyyət göstərirdik. Yəni karantini pozmuşuq səhv etmişik. Mən xahiş edirəm heç kim karantini pozmasın. Yəni olmaz.

 

Natiq Hüseyn