• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 27.07.2020 12:04

201 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya gəlib

KepezTV Player

Azərbaycanın Milli aviadaşıyıcısı növbəti çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı Vətənə gətirib. Sözügedən reyslə 201 nəfər soydaşımız Azərbaycana gətirilib. Reysə yalnız "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.