• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 27.07.2020 12:00

ABŞ-da növbəti erməni təxribatı alınmayıb

KepezTV Player

ABŞ-ın Nyu-York şəhərində ermənilərin soydaşlarımıza qarşı hazırladıqları təxribat planı uğursuzluğa düçar olub. Yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.