• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 25.07.2020 19:09

Erməni təxribatlarının arxasında yatan niyyət

KepezTV Player

Ermənistan Azərbaycana qarşı təkcə hərbi təcavüzlə kifayətlənmir. İstər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı informasiya cəbhəsində də haqsız savaş edir. Lakin el gözü tərəzidir deyiblər, kimin haqlı, kimin haqsız olduğunu hər kəs bilir. Təəssüf ki, bəzən bilinən doğrular belə haqlı mövqeyi qoruya bilmir. Bu baxımdan atılan hər addım üçün yüz ölçüb, bir biçmək daha məqsədəuyğundur. Həftə ərzində törədilən erməni təxribatlarının iç üzünə, əslində məqsədin nəyə kökləndiyinə birgə nəzər salaq.

Ermənistan Azərbaycana qarşı təkcə hərbi təcavüzlə kifayətlənmir. İstər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı informasiya cəbhəsində də haqsız savaş edir. Lakin el gözü tərəzidir deyiblər, kimin haqlı, kimin haqsız olduğunu hər kəs bilir. Təəssüf ki, bəzən bilinən doğrular belə haqlı mövqeyi qoruya bilmir. Bu baxımdan atılan hər addım üçün yüz ölçüb, bir biçmək daha məqsədəuyğundur. Həftə ərzində törədilən erməni təxribatlarının iç üzünə, əslində məqsədin nəyə kökləndiyinə birgə nəzər salaq.

Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən aksiyalar keçirilir. Bu zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilir, soydaşlarımıza hücum edilir. Brüsseldə bir qrup erməninin azərbaycanlı gənci vəhşicəsinə döyməsi vəziyyəti daha da gərginləşdirdi. Elə Ermənistanın istədiyi də bu deyildimi? Yumruğa yumruqla cavab görəndə bunu dünyaya başqa adla sırımağa çalışmırmı? Bu ssenari bizə yad deyil. Özünü dünyaya əzilən, döyülən tərəf kimi göstərməyə çalışmaq, hər cür yalana, böhtana əl atmaq onların ən yaxşı bacardığı işdir. Tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycan xalqına qarşı cinayətlər törədiblər. 1931-ci ildə olan soyqırım 1992-ci ildə Xocalıda yenidən təkrarlananda dünya bir daha bilməliydi ki, qana susayan insanların xisləti dəyişmir. Bunu dərk etmək üçün ASALA-nın törətdiyi cinayətləri xatırlamaq kifayətdir. Çox uzağa getmədən 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələrə qısa baxış etsək, məsələnin mahiyyətini anlamış olarıq. Bu hadisə ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı əməllərindən biri idi. Erməni qaragüruhçularının oyuncağı olan Eduard Qriqoryanın əli ilə başladılan bu cinayət ssenarilərinin bir məqsədi var idi - Azərbaycanda yaşayan ermənilərin zorakılığa məruz qalması yalanına dünyanı inandırmaq. Tarix yenə təkrarlanır. Həmin oyunlar yenidən səhnələşdirilir. Məsələn, ermənilərə aid sosial şəbəkə səhifəsində azərbaycanlıların və türklərin yaşadığı ünvanları göstərənlərə 500 dollar mükafat təklif edilib. Digər sosial şəbəkələrdə də ermənilər bu tipli çağırışlar edirlər. Azərbaycanlılara məxsus olduğu iddia edilən saxta hesablar açaraq həm azərbaycanlılara, həm də türklərə qarşı yeni təxribatlar planlaşdırırlar.

Arzu Nağıyev - millət vəkili: Azərbaycanlılar da təmkinli olmalıdırlar, özlərini müxtəlif təxribatlardan qorumalıdırlar.Məlumdur ki, bu, Ermənistan rəhbərliyi tərəfindən qəsdın edilir ki, Azərbaycanı dünyaya təxribatçı kimi elan edə bilsinlər. Artıq istər diplomatik səviyyədə, istərsə də səngərdə ermənilər öz məğlubiyyətini qəbul etməyə məcburdurlar. Bu işdə Azərbaycanın haqq səsini bütün dünya bilməlidir. Azərbaycanın mövqeyi haqlıdır. Tovuz hadisələrindən başlayaraq, istər Los Anceles, istər Brüssel, istərsə də digər dövlətlərdə baş verən hadisələr bir daha ermənilərin hansı xislətə sahib olduqlarını dünyaya göstərdi.

Bütün baş verən hadisələrin fonunda Moskvada və Rusiyanın başqa iri şəhərlərində yaşayan azərbaycanlı biznesmenlər isə ermənilərlə ticarətdən imtina ediblər. Ancaq bu olaylar Rusiyanın “Birinci” kanalında kontekstindən çıxarılaraq tamamilə başqa məcralara aparılıb. Bu məcralara yön verənlər ermənistan silahı birləşmələrinin snayperdən açdığı atəş nəticəsində başından aldığı güllə yarasından dünyasını dəyişən 9 yaşlı Fariz Bədəlovu, içərisinə partladıcı maddə doldurulan və ermənilər tərəfindən çaya buraxılan oyuncaq itin partlaması nəticəsində həlak olan 13 yaşlı Aygün Şahmalıyevanı, Füzulinin Alxanlı kəndinin erməni qoşunları tərəfindən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində nənəsi ilə birgə ölən iki yaşlı Zəhra Quliyevanı xatırlasaydılar, yanaşmaları daha ədalətli olardı. Əks halda deyilənlər heç bir jurnalist etikasına sığmır. Elə buna görə də Azərbaycanın bir qrup ziyalısı, ictimai-siyasi xadimlər, “Birinci” telekanalının baş direktoru Konstantin Ernstə məktubla müraciət edərək jurnalistlərin təhrikçi fəaliyyətindən narahatlıqlarını ifadə ediblər. Göründüyü kimi ermənilərin başqalarının əli ilə azərbaycana qarşı təxribatyönümlü əməllərinin sayı-hesabı yoxdur. Elə buna görə də Prezident İlham Əliyev “Gəl bizimlə təkbətək vuruş” deyirdi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.

Haqq bir gün öz yerini tutacaq, mütləq tutacaq. Və o gün heç kim öz vicdanını bəhanələrlə rahatlada bilməyəcək. İndi isə diqqətli olmaq, əsəblərimizə hakim kəsilmək məqamıdır. Dişə-diş, gözə-göz prinsipi bəzən haqlının haqsız çıxmasına səbəb olur. Bizə mübarizə yaraşır, cavabı səngərdə vermək yaraşır!